Bia.Az

Bakı ilə əlaqələri ləğv etdik, yardım dayanacaq - ABŞ

Gündəm
 16-11-2023, 01:25     414

Bütün təmaslarda Azərbaycana Ermənistan daxilində güc tətbiqinin tamamilə qəbuledilməz olacağı barədə aydın siqnallar vermişik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresdə keçirilən dinləmələr zamanı Nümayəndələr Palatasının Avropa Məsələləri üzrə Beynəlxalq Əlaqələr Alt Komitəsinin sədri Tom Kinin sualına cavab olaraq deyib.

“Azərbaycan rəhbərliyi bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur. Biz qoşunların hərəkətini və bu cür proqramların mövcudluğunu göstərə biləcək hər hansı siqnalları çox diqqətlə izləyirik. Və dediyim kimi, biz dedik ki, sülh danışıqları uğur qazanmayana qədər münasibətlərimizin normal olması şansı yoxdur. Atdığımız addımlara gəlincə, bunlardan biri odur ki, biz bir çox yüksək səviyyəli əlaqələri ləğv etmişik və bizə Azərbaycanı dəstəkləmək imkanı verən 907 saylı qətnamədən yayınma təşəbbüsü ilə çıxış etmək fikrində deyilik. Biz onu da qeyd etdik ki, tranzit dəhlizinin tikintisinin mümkünlüyü birbaşa sülh sazişinin bağlanmasından asılıdır”.
Obrayen qeyd edib ki, Dövlət Departamenti Qarabağdan “didərgin düşmüş” insanlarla şəxsi söhbətlər vasitəsilə “Dağlıq Qarabağ”da baş verənlərin üzə çıxarılması səylərini dəstəkləyir, lakin həmin söhbətlərdən hansı nəticələrin əldə edildiyini açıqlamaq istəmir.
Obrayen qeyd edib ki, ABŞ "19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş müşahidə olunmayınca Azərbaycan üçün hər şeyin normal olmayacağını açıq şəkildə bəyan edib"скачать dle 12.1