Bia.Az

Erməni deputat büdcənin BİABIRÇI vəziyyətindən danışdı

Cəmiyyət
 15-11-2023, 18:13     409

“Ermənistanda dövlət büdcəsində əsaslı məsrəflər biabırçı şəkildə aşağı səviyyədə icra edilir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Ermənistan” blokundan deputat Tadevos Avetisyan öz məqaləsində yazıb.

Onun sözlərinə görə, 2023-cü ilin yanvar-oktyabr ayları üçün rəsmi məlumatlar aşağıdakılar kimidir:

“Ümumi əsaslı məsrəflərin 51,5 faizi yerinə yetirilməyib, yəni hesabat dövrü üçün dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulmuş 564,7 milyard dramdan (1 412 262 204 dollar) cəmi 273,6 milyard dram xərclənib;

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin əsaslı xərcləri 51% az yerinə yetirilib;

Səhiyyə Nazirliyinin əsaslı xərcləri 60% az yerinə yetirilib;

İqtisadiyyat Nazirliyinin əsaslı xərcləri 64 faiz az yerinə yetirilib;

ETSN-in əsaslı xərcləri 61% az yerinə yetirilib;

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin əsaslı xərcləri 79 faiz az yerinə yetirilib;

Müdafiə Nazirliyinin əsaslı xərcləri 49% az yerinə yetirilib;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müdafiə infrastrukturunun yaxşılaşdırılmasına yönəldilən əsaslı xərcləri 56 faiz az yerinə yetirilib;

Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin əsaslı xərcləri 60% az yerinə yetirilib;

Şəhərsalma komitəsinin əsaslı xərcləri 75% az yerinə yetirilib”.

“İqtidarın əsas dayağı olan polis üçün əsaslı xərclərin yerinə yetirilməsi əhəmiyyətli dərəcədə aşağıdır - cəmi 38%”, - Tadevos Avetisyan qeyd edib.скачать dle 12.1