Bia.Az

Gürcü politoloq: “Qərb Tiflislə Bakını üz-üzə gətirir”

Siyasət
 15-11-2023, 17:29     313

“Ermənistanla Rusiyanın arasını vurduqdan sonra Qərb indi də Gürcüstanla Azərbaycan arasında dava salmaq istəyir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə gürcü politoloq Arno Xiderbeqişvili öz məqaləsində yazıb.

Gürcü politoloqun iddiasına görə,  bu yaxınlarda Marneulidə (Borçalı-red.) və Mahaçqalada keçirilən antisemit mitinqlər Qərb tərəfindən Rusiya və Gürcüstanda etniklərarası və dinlərarası münaqişələr zəminində sabitliyin pozulmasına səbəb olmaq məqsədi ilə təşkil edilib.

“Kollektiv Qərbin bilavasitə vəzifəsi Ermənistanın ardınca Rusiyanın Cənubi Qafqazdakı təsirini daha da zəiflətməkdən ibarətdir. Buna cavab olaraq Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edən Rusiya Federasiyası ilə uçuşlar və iqtisadi əlaqələri genişləndirdi.

Müəllifin fikrincə, Qərbin planları Cənubi Qafqazda xalqları bir-birilə vuruşdurmaqdan ibarətdir. İndi növbə Azərbaycanla Gürcüstana çatıb.скачать dle 12.1