Bia.Az

ABŞ bazalarına 55 hücum: 59 hərbçi yaralandı

Dünya
 15-11-2023, 02:09     332

ABŞ hərbi personalı və Yaxın Şərqdəki bazaları oktyabrın 17-dən bəri 55 dəfə hücuma məruz qalıb və nəticədə 59 hərbçi yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqx deyib.

“İraqda ABŞ qüvvələrinə qarşı 27, Suriyada isə 28 hücum olub. Yaralanan 59 hərbçimizi diqqətdə saxlayırıq”, - o, brifinqdə bildirib.
Sinqxin sözlərinə görə, bütün yaralılar artıq xidmət yerinə qayıdıblar.скачать dle 12.1