Bia.Az

Bakıda xanım vəkil hücuma məruz qaldı

Hadisə
 15-11-2023, 01:57     376

"Təxminən yarım saat əvvəl nömrəsiz motosikletdə manyak tipli maskalı bir şəxs mən nəqliyyat vasitəsini idarə edərkən qarşımı kəsərək maşına vurmağa başladı və mənə hücum etdi".

Bu barədə e-huquq.az-a vəkil Nərmin Əliyeva məlumat verib.

O bildirib ki, hücumdan özünü qorumaq üçün maşınla hadisə yerindən uzaqlaşsa da, həmin şəxs onu izləməyə davam edib: "İkinci dəfə qarşımı kəsib maşının güzgüsünü sındırdı. Bu hadisənin şahidləri də var".

Vəkil hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə məlumat verdiyini qeyd edib.скачать dle 12.1