Bia.Az

Tahir Kərimli: "Hər dəfə deyilir, gələn il həll olunacaq, "gələn il" hansı ildir?"

Siyasət
 14-11-2023, 19:05     387

“Misal olaraq, televiziyada deyirlər ki, “uşaq bezlərinə təşəkkür edirəm”. Bu, nə deməkdir?”

Musavat.com xəbər verir ki, Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputatı Tahir Kərimli “Reklam haqqında” qanunun icrasından narazılıq edib. 
Deputat bu sahədə düzən yaradılmasına zərurət olduğunu vurğulayıb:
“Müvafiq qanun qəbul olunmasına baxmayaraq, icra vəziyyəti yarıtmazdır. Mağazalarda siqaretlər insanın üstünə gəlir. Müvafiq qanunvericiliyə dəyişikliklər etsək də, heç bir fayda əldə etmirik. Ona görə də belə hallar qeydə alınır, zərərli məsələlər ortaya çıxır”.
T.Kərimli regionlardakı vəziyyətə hökumətin diqqətini çəkib:
“Şamaxıya, Qəbələyə ancaq yeyib-içmək üçün gedilməməlidir. Bu yerlərin hamısı tarixi məkanlardır. Odur ki, tariximizi bilməli və bərpa etməliyik. Bundan başqa, səsləndirdiyimiz bir çox məsələlər həllini tapmır. Həmişə mənə deyirlər ki, çıxış edirsən, amma çıxışının nə xeyri var? Ağsu ilə bağlı 10 dəfədən çox şikayət xarakterli çıxış etsəm də, hələ də həll yolu tapılmır. Hər dəfə gələn il həll olunacaq deyilir. Buradan səslənirəm ki, "gələn il" dediyiniz il hansı ildir?”
Deputat qeyd edib ki, bir çox hallarda məmurlar, özü daxil olmaqla deputatlar əhali ilə görüşlərdən qaçırlar.
Sədr Sahibə Qafarova deputatın çıxışına iradını bildirib: “Düşünürdüm ki, siyasi partiyanın rəhbəri kimi dövlət büdcəsi ilə bağlı daha dəyərli sözlər deyəcəksiniz”.скачать dle 12.1