Bia.Az

Nikol indi də Tehranı Makrona satır - Arkov

Dünya
 14-11-2023, 14:28     294

Fransanın Ermənistana silah verməsi bir neçə məqsəd daşıyır.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Vitali Arkov Fransanın Ermənistana 21 ədəd “Bastion” zirehli texnikası göndərməsi haqda deyib.

“Birincisi, təbii ki, bu, Azərbaycan və Türkiyə üzərində sövdələşmə və təzyiq predmeti formalaşdırmaq cəhdidir. İkincisi, getdikcə aydın olur ki, Ermənistan Qərb tərəfindən İrana qarşı mümkün müharibə üçün tramplinlərdən biri kimi istifadə olunur. Bəli, biz bilirik ki, Tehran İrəvanı fəal dəstəkləyir və bununla bağlı hətta Bakı ilə münasibətləri gərginləşdirməyə də gedib. Amma digər tərəfdən, biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi necə “minnətdar” olmağı bilir. Əgər Paşinyan erməni xalqını və milli maraqlarını Qərbə satıbsa, o zaman İranla dostluqdan danışmağa ehtiyac yoxdur. Üçüncüsü, bu, Ermənistanda KTMT-ni NATO ilə əvəz etmək üçün davam edən cəhddir. Söhbət Ermənistanın Alyansa daxil edilməsindən getmir - bu, yaxın gələcəkdə baş verməyəcək. Amma aydın məqsəd var ki, Rusiya Ermənistandan, ümumiyyətlə, Cənubi Qafqazdan sıxışdırılsın, Qərb gələcəkdə eynilə Ukraynada olduğu kimi, İrəvandan öz mülahizəsinə uyğun istifadə etsin. Dördüncüsü, unutmayaq ki, həm Ermənistan rəhbərliyi, həm də Fransa rəhbərliyi heç də ləyaqətli deyillər. Buna görə də Parisin İrəvana satdığı silahların müstəqil auditini aparsanız, demək olar ki, onların əksəriyyətinin metal qırıntıları olduğu üzə çıxacaq. Yəni mənəvi və fiziki cəhətdən köhnəlmiş silahlar. Hansılar ki, utilizasiyaya getməlidir. Lakin fransız və erməni siyasətçiləri bütün silahları müasir təchizat kimi göstərməklə, bundan yaxşı pul qazanmaq qərarına gəliblər. Xatırladığımız kimi, həm Makron, həm də Paşinyan hakimiyyətə korrupsiyaya qarşı mübarizə şüarları ilə gəlmişdilər. Lakin korrupsiya onları məğlub etdi - həm Makron, həm də Paşinyan bu gün korrupsiyanın təcəssümüdür. Ona görə də Fransanın Ermənistana verdiyi keyfiyyətsiz silahlar Azərbaycanın təhlükəsizliyi üçün real təhlükə yaratmır”, - o bildirib.скачать dle 12.1