Bia.Az

Andrey Yermak AÇIQLADI - "2024-cü ildə Rusiya-Ukrayna müharibəsi..."

Siyasət
 14-11-2023, 14:25     291

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak 2024-cü ili ölkədəki münaqişədə həlledici adlandırıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Vaşinqtondakı Hudson İnstitutunda çıxışı zamanı deyib.

0204bcb0f08e804f8b55b125e16ab653_1667046462_extra_large.jpeg (77 KB)

Yermak Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasına çağırıb:
"Dönüş nöqtəsi yaxınlaşır. Gələn il həlledici olacaq".

O əlavə edib ki, Kiyevin əks-hücum əməliyyatı irəliləyir və Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sol sahilində möhkəmlənib.

Andrey Yermak Vaşinqtona səfəri zamanı ABŞ, Almaniya, Böyük Britaniya və Fransanın milli təhlükəsizlik müşavirləri, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdüyünü bildirib.

ABŞ Dövlət Departamenti noyabrın 13-də bildirib ki, Blinkenlə Ukrayna Prezident Ofisinin rəhbəri arasında keçirilən görüşdə tərəflər qışa hazırlığı, o cümlədən hava hücumundan müdafiə vasitələrinin əlavə təchizatını və Ukraynanın mühüm infrastrukturunun gücləndirilməsini müzakirə ediblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı noyabrın əvvəlində “The Economist” jurnalına müsahibəsində hərbi münaqişənin dalana dirəndiyini bildirib.скачать dle 12.1