Bia.Az

AB İrəvana dəstəyi müzakirə etdi, Bakını isə hədələdi

Gündəm
 14-11-2023, 01:43     371

Avropa Birliyi nazirləri Ermənistanda Azərbaycanla sərhədin gərgin olan ərazilərində "daha çox patrul həyata keçirəcək mülki missiyanın sayının artırılması" təklifini dəstəkləyiblər.

Axar.az xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell məlumat verib.

Onun sözlərinə görə, Avropa Sülh Fondunun vəsaitləri hesabına Ermənistana mümkün dəstək və Ermənistan vətəndaşları üçün "vizanın liberallaşdırılması" variantı da müzakirə olunub.

“Biz Ermənistanda sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı xüsusilə ayıq olmalıyıq – istər daxildən, istərsə də xaricdən. Azərbaycana mesajım aydın idi: Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək cəhdləri qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələr doğuracaq”, - Borrell vurğulayıb.скачать dle 12.1