Bia.Az

İslam ölkələrinə öldürücü zərbə hazırlanır

Gündəm
 13-11-2023, 14:21     451

Davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması və bölgənin neftlə zəngin ölkələrinə münaqişənin yayılması təhlükəsi, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının ritorik olsa da, İsrailə qarşı sərt reaksiyası, əslində, nefti 100 dolların üzərinə çəkməli idi. Amma bu gün neft Yaxın Şərq hadisələrindən əvvəlkindən ucuzdur.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bunun fundamental səbəbləri var:

“1. FES (FED) və digər ölkələrin mərkəzi banklarının uçot dərəcəsini artırmaqla iqtisadi aktivliyi azaltmaq yolunu tutması. Bu yolla inflyasiyanı azaltmaq istəyirlər;
2. Çinin gözləntilərdən daha aşağı sürətlə böyüməsi, AB ölkələrində ressesiya təhlükəsi;
3. Rusiyaya qarşı tədbiq edilən sanksiyaların fiaskoya uğraması – Kreml hələ də öz neftini müxtəlif üsullarla bazara çıxara bilir.
Amma əsas səbəblər və məqsədlər siyasidir:
1. ABŞ-da seçkilər yaxınlaşır, orta statistik amerikalı üçün beynəlxalq vəziyyət, xarici siyasət sonuncu yerdədir, səsvermədən öncə ən çox baxdığı məsələ benzin qiymətləridir – yanacaq ucuzdursa, iqtidarda olan partiyanın şansı artır, bahadırsa - azalır, bu korelyasiya onillərdir ki, var və bu gün Demokratlar və Bayden administrasiyası müxtəlif üsullarla neftin bahalaşmasının qarşısını almağa çalışırlar ki, seçkilərdə şansları olsun. Amma çox ucuzlaşmasını da istəmirlər, çünki “yaşıl enerji” məsələsinə ən böyük maneə ucuz neft-qazdır – neft 40 dollar olsa, heç kim bərpaolunan enerjiyə yatırım qoymaq istəməz;
2. Ucuz neft həm də Rusiyaya zərbədir, daha az qazanmasına səbəb olur – amma Çinə xeyirdir, deməli, Rusiyaya ziyan vurmaq istəsələr, bu yolla Çinə dəstək vermiş olurlar”.
Ekspertin sözlərinə görə, bu prosesə başqa səbəblər də təsir göstərir:
“Dünyada liderlik böhranı yaşanır, dünya bölünür-bölünəcək, İsrailin son etdikləri, ağına-bozuna baxmadan sivil insanları bombalaması, uşaqların, qocaların, qadınların qətli vicdanları zədələyib. İslam Əməkdaşlıq Təşkilatına və Ərəb Liqasına daxil olan ölkələr artıq kənarda qala bilmirlər, çünki aşağıdan - xalqdan ciddi təzyiq var. Əgər bu cəbhələşmə kəskinləşsə, nefti kəskin ucuzlaşdırmaq yolu ilə neftlə zəngin müsəlman ölkələrində ciddi növbəti “ərəb baharları” törədə bilərlər – zatən xalq qəzəblidir, bunun üzərinə iqtisadi böhran da gəlsə, müsəlman ölkələri daxili çəkişmələrlə boğuşacaqlar, bu zaman indi formalaşan antiqərb koalisiyası zəifləyəcək, çünki istənilən daxili xosdan çıxmaq üçün həmin ölkələrin elitaları Qərblə yaxınlaşma yolu tutacaqlar – hansı elitar qruplaşma tez tərpənsə, o da hakimiyyətə yiyələnəcək. Pisdir-yaxşıdır, bu, ikinci məsələdir, amma təəssüf ki, müsəlman ölkələrində hakimiyyətləri legitimləşdirən siyasi “natarius” rolu hələ də Qərbdədir”.
N.Cəfərli bu arqumentlər fonunda yaxın aylarda neftin kəskin ucuzlaşmasının müşahidə edilə biləcəyini proqnozlaşdırıb:
“İqtisadiyyatları neft-qazdan çox asılı olan ölkələr bunu nəzərə almalıdır, hələ Tramp, Respublikaçılar qalib gəlsə, bu məsələ daha da sürətlənəcək, onlar neft-qaz hasilatını təşviq edən siyasətə geri dönəcəklər. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması yollarından biri də neftin 30-40 dollara düşməsi ola bilər”.скачать dle 12.1