Bia.Az

Məktəblərdə payız tətili başlayır

Cəmiyyət
 13-11-2023, 13:26     310

Noyabrın 16-dan ümumtəhsil məktəblərində 2023-2024-cü tədris ilinin beşgünlük payız tətili başlayır.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən məktəblərdə payız tətilinin günləri 16-20 noyabr – 5 gün olmaqla əhatə edir” – deyə, nazirlik qeyd edib.скачать dle 12.1