Bia.Az

Netanyahu: Yalnız bu şərtlə atəşkəs ola bilər

Dünya
 13-11-2023, 01:10     304

Qəzza zolağında geniş və davamlı atəşkəs yalnız fələstinlilər tərəfindən saxlanılan girovların azad edilməsi müqabilində mümkündür.

Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Eyni zamanda, Netanyahu humanitar fasilələrin bir neçə saatlıq, məhdud ərazidə, konkret məqsədlər üçün davam etdiriləcəyini istisna etməyib.

Qeyd edək ki, Netanyahu bundan öncə də atəşkəslə bağlı eyni şərti irəli sürmüşdü.скачать dle 12.1