Bia.Az

Spirtli içki qaçaqmalçısı olan azərbaycanlıların cəzası sərtləşdi

Cəmiyyət
 10-11-2023, 19:42     429

Sverdlovsk Vilayət Məhkəməsi 44 nəfərin saxta spirtlə zəhərlənməsi işi üzrə birinci instansiya məhkəməsinin altı müttəhimə verdiyi hökmləri sərtləşdirib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hakim qaçaqmalçılıqla məşğul olan Ədalət Qurbanov və Artem Çabanı 10 il, Mikayıl Nəzərovu 9 il 6 ay, Nadir Məmmədovu 9 il 5 ay, Armen Avetisyanı 9 il 4 ay, Zaur Cabbarovu isə 9 il müddətinə azadlıqdan məhrum edib.

Avqustda Yekaterinburq rayon məhkəməsi onları 5,5 ildən 6,5 ilədək müddətə koloniyaya göndərib. Metil spirti zəhərlənməsi işi üzrə digər təqsirləndirilən şəxs şərti cəza alıb. Cinayətkar qrupun 2020-ci ildən təhlükəli spirtli içki satışı ilə məşğul olduğu müəyyən edilib. 2021-ci ilin sentyabr ayında 44 nəfər bu məhsullardan zəhərlənərək ölüb.
скачать dle 12.1