Bia.Az

Avropa Liqası: “Qarabağ” “Bayer 04”ə uduzdu - Yenilənib

İdman
 10-11-2023, 13:54     516

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda üz-üzə gələcək “Qarabağ” və “Bayer 04”ün start heyətləri bəlli olub.

Bakupost.az -ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo Olavio.

“Bayer 04”: 17. Matey Kovarj, 4. Conatan Tah (k), 3. Pyero İnkape, 2. Yosip Stanisiç, 34. Qranit Caka, 8. Robert Endrix, 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 10. Florian Virts, 21. Amine Adli, 22. Viktor Bonifeys.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək görüş saat 21:45-də başlayacaq.

***
Matç başladı.
***
Birinci hissə 0:0 hesabı ilə başa çatdı.
***
İkinci hissə başladı.
***
İkinci hissəyə əlavə olunmuş vaxtda “Bayer 04”in oyunçusu Bonifase penalti zərbəsi ilə hesabı açır- 0:1
***
“Qarabağ” və “Bayer 04”ün oyunu 0:1 hesabı ilə başa çatır.


скачать dle 12.1