Bia.Az

Ərdoğan: Qəzza ilə bağlı müsbət siqnallar alırıq

Dünya
 10-11-2023, 13:47     366

Ankara Qəzza zolağı ilə bağlı diplomatik səylərində bəzi müsbət siqnallar alır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Atəşkəs üçün ümidimiz olduğuna görə bu tədbirləri keçiririk. Söhbət 2-2,5 milyon əhalisi olan Qəzzadan gedir. İndiyədək burada 11 minə yaxın uşaq, qadın və qoca fələstinli həlak olub. Bundan əlavə, 25-30 min nəfər yaralanıb. Hazırda bütün nəhəng tikililər dağıdılıb, xarabalığa çevrilib. Bu dağıntıların altında vəziyyət necədir? Gələn xəbərlər təbii ki, fəlakətlidir. Bu dağıntıların təmizlənməsi üçün təbii ki, gərgin iş tələb olunacaq. Bizə elə gəlir ki, diplomatik fəaliyyətimizdə müəyyən müsbət siqnallar alırıq”, - Ərdoğan bildirib.скачать dle 12.1