Bia.Az

Azərbaycan yığması dünya çempionu oldu

İdman
 9-11-2023, 16:31     490

Azərbaycan yığması Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub.

Milli.Az xəbər verir ki, millimiz finalda Mərakeş üzərində 4:0 hesablı qələbə qazanıb.

Komandamızın qollarını Tərlan Qurbanəliyev (2), Şamil Budaqov və Şahmar Nağızadə vurublar. T.Qurbanəliyev həm də 6 qolla çempionatın bombardiri olub. Bürünc medalı isə Özbəkistanı 5:0 hesabı ilə məğlub edən Polşa komandası qazanıb.

Beləliklə, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalı başa çatıb.скачать dle 12.1