Bia.Az

İsrail səfirliyi Azərbaycanı təbrik edib

Cəmiyyət
 9-11-2023, 10:36     304

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə diplomatik missiya sosial şəbəkədə paylaşım edib.

“İsrail səfirliyi Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir”, – səfirlik qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.скачать dle 12.1