Bia.Az

Rusiyanın quş əti və yumurta ixracına gözlənilən qadağası Azərbaycana təsir edəcəkmi?

İqtisadiyyat
 8-11-2023, 20:48     474

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin quş əti və yumurtanın ixracına 6 aylıq qadağa qoyulması ilə bağlı təklifi əsasən Azərbaycan da daxil olmaqla qonşu ölkələrə təsir edəcək.

“Report” xəbər verir ki, ixracın dayandırılması bu il dekabrın 1-dən 2024-cü il mayın 31-nə kimi nəzərdə tutulur.

"RİA Novosti" agentliyinin ölkələrin statistik göstəricilərinə əsasən apardığı araşdırmaya əsasən, Rusiyadan ötən il 581,4 milyon ABŞ dolları dəyərində quş əti ixrac edilib, bunun da 2 %-i Azərbaycana tədarük edilib. İxrac olunan məhsulların əsas hissəsi Çin (69 %-i) və Qazaxıstana (11 %-i) göndərilib. Bununla da, ixrac qadağasının əsasən bu ölkələrə təsir edəcəyi gözlənilir.

Ötən il Rusiyadan quş əti idxal edən ölkələr sıralamasında növbəti pillələrdə isə BƏƏ (4 %-i) və Ermənistan (3 %-i) qərarlaşıb.

2022-ci ildə Rusiyadan 34,2 milyon ABŞ dolları dəyərində yumurta ixrac edilib ki, onun da əsas hissəsini Qazaxıstan (42 %-i), Monqolustan (41 %-i), Qırğızıstan (13 %-i), Azərbaycan (2 %-i) və Özbəkistan (1 %-i) alıb.

Kənd Təsərrüfatı Nazirliyinin dərc etdiyi layihə sənədinə əsasən, məhdudiyyətlər hökumətlərarası sazişlər çərçivəsində humanitar yardımın göstərilməsi məqsədilə Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac edilən məhsullara, Rusiyanın hüdudlarından kənarda başlayan və bitən beynəlxalq tranzit daşımalarına, habelə tədarük zəncirinin davamı kimi xarici dövlətlərin əraziləri vasitəsilə ölkənin hissələri arasında daşınan məhsullara şamil olunmayacaq.скачать dle 12.1