Bia.Az

SON DƏQİQƏ! Azərbaycanda yenidən ZƏLZƏLƏ oldu - YENİLƏNİB

Cəmiyyət
 8-11-2023, 11:47     350

Yerli vaxtla saat 11:09-da İran ərazisində maqnitudası 4.7 olan daha bir zəlzələ qeydə alınıb.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan Musavat.com-a verilən məlumata görə, zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.

***
Azərbaycanda yenidən zəlzələ olub.

Musavat.com xəbər verir ki, bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

***
Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan Musavat.com-a verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

***
Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.

Musavat.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.скачать dle 12.1