Bia.Az

“Əgər Qərb bizə snikers verirsə...” - Xaçikyan

Dünya
 7-11-2023, 14:59     332

“Bəzən ikiüzlü demokratiyadansa vicdanlı bir diktatorla çalışmaq daha yaxşıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

O, Ermənistanın müxtəlif ölkələrlə hərbi-siyasi əməkdaşlığın genişləndirilməsinin və hərbi tədarükün şaxələndirilməsinin tərəfdarı olduğunu bildirib.

“Lakin fakt budur ki, bu əməkdaşlıq regionda strateji maraqları olan ölkələrlə genişlənməlidir. Fransanın bu maraqları yoxdur. Fransanın silah təchizatı baxımından Ermənistan üçün etdiyi hər şey simvolik xarakter daşıyır və bir məqsəd güdür - Fransanın erməni icmasına dəstək. İranın regionda və xüsusən də Ermənistanda real maraqları var və o, Türkiyə ilə Azərbaycanın quru birləşməsinə imkan vermək fikrində deyil. Rəsmi Tehran hesab edir ki, bu, NATO-nu Xəzər dənizinə çıxaracaq. Bizə Türkiyə və Azərbaycanın 15 dəqiqə ərzində məhv edə biləcəyi 3 radar şəklində konfet verən Fransaya yox, İran kimi bir müttəfiqə ehtiyacımız var.

Biz belə bir məntiqi rəhbər tuturuq ki, əgər Qərb bizə snikers verirsə, biz həmişə Qərbin yanında olmalıyıq. Bizim problemimiz hərbi-siyasi əməkdaşlığı Qərbin həyat tərzinin istəklərindən ayıra bilməməkdir”, - deyə Xaçikyan söyləyib.скачать dle 12.1