Bia.Az

Eçmiədzindən Bakıya qarşı həddini aşan qərar - növbəti erməni həyasızlığı

Siyasət
 7-11-2023, 14:51     340

Fazil Mustafa: “Kədər imitasiyasını gücləndirmək istəyirlərsə, bu onların inkişafını ləngidəcək”

Noyabrın 3-də Eçmiadzində erməni kilsəsinin Ali Dini Şurasının iclasında “Qarabağ (arsax) yeparxiyası”nı saxlamaq qərarı qəbul edilib. Eçmiədzinin mətbuat xidmətinin məlumatına görə, qərarı katolikos II Qaregin qəbul edib. Bildirilir ki, “yeparxiyanın bəzi funksiyaları dəyişdiriləcək”.

“Bu, o deməkdir ki, bizim qəlbimizdə yenidən "artsax"a qayıtmaq arzusu olacaq", - deyə Qarabağ yeparxiyasının başçısı yepiskop Vrtanes Abramyan həyasızcasına bildirib.

Bəllidir ki, erməni katolikosluğu Türkə nifrətin və əsassız ərazi iddialarının əsas ideoloji-mənəvi qaynağı kimi tanınır. II Qareginin yuxarıdakı qərarı o deməkdir ki, Azərbaycana qarşı ərazi iddiası həm də bu şəkildə  gündəmdə qalmağa davam edəcək.

Bu qərarın sülh anlaşmasına neqativ təsirləri ola bilər?


Fazil Mustafa

Deputat Fazil Mustafa “Yeni Müsavat”a deyib ki, II Qareginin belə bir qərar verməsi təəccüblü deyil: “Erməni olasan, müəyyən qeyri-real ideyalar uğrunda mübarizə aparmayasan, sonra da bunun faciəsini yaşamayasan? Bu halda başqa xalqlardan fərqlənərsən... Erməninin ağılsızlığı da elə bundadır. II Qareginin də belə bir qərar verməklə əslində bizə ziyan etməyib. Çünki artıq Qarabağ "məsələsi" və bütün digər məsələlər ancaq Ermənistanın içində baş qatmaq mövzusu ola bilər. Artıq bunun Ermənistanın hüquqlarından kənarda kiminsə çevirməsinə imkan tanınmayacaq".

Deputat deyib ki, belə bir qərarın verilməsinin elə bir anlamı da yoxdur: “Bu qərarda Azərbaycan üçün hər hansı bir narahatedici məqam yoxdur. Ermənistan içində ağlasınlar-sızlasınlar, gedib başlarını qondarma abidələrindəki daşlara sürtsünlər. Bu, onların iç hüquqlarıdır. Amma başlarını kənara çıxıb Qarabağ qışqıracaqlarsa, başlarının üstündə dəmir yumruğu görəcəklər. Bizim üçün belə qərarların hər hansı bir anlamı, ziyanı yoxdur, əksinə, özləri üçün mənfi tərəfləri var. Ermənilər bu boyda hadisələrdən sonra ağıllanmayıblarsa, köhnə üslubda hansısa bir kədər yaşamaq, özünütələfat, kədər imitasiyasını gücləndirmək istəyirlərsə, bu onların inkişafını ləngidəcək”.

Deputat deyir ki, belə qərarlar erməni cəmiyyətinin tutulduğu xəstəlikdən təmizləməyəcək: “Belə qərarlar bizə sərf edir. O baxımdan ki, bu cəmiyyət xəstə olmasaydı, daha çox inkişaf edəcəkdi”.скачать dle 12.1