Bia.Az

Mahmud Abbas: "Fələstin Qəzzanı nəzarətə almağa hazırdır"

Dünya
 6-11-2023, 01:44     336

Fələstin-İsrail münaqişəsinin tam siyasi həlli Qəzza zolağının yeni müstəqil Fələstin dövlətinə daxil olmasını nəzərdə tutur.

Bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas deyib.

“Qəzza zolağı Fələstin Dövlətinin ayrılmaz parçasıdır. Biz həm Qərb sahilində (İordan çayının Qərb sahilində - red.), həm Şərqi Yerusəlimdə, həm də Qəzza zolağında hərtərəfli siyasi həllin bir hissəsi kimi tam məsuliyyəti öz üzərimizə götürəcəyik”, – Abbas ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlarda deyib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci Prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının Qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.//Reportскачать dle 12.1