Bia.Az

Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib/VİDEO/FOTO

Cəmiyyət
 6-11-2023, 01:23     509

Abşeron rayonunun ümumtəhsil məktəblərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə baş tutub. Tədbirdə Abşeron rayonu üzrə Təhsil Sektorunun nümayəndəsi, məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri iştirak ediblər.

Azerinform.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə cıxış edən məktəb-liseyin direktoru Sevinc xanım Məmmədəliyeva bildirib ki, 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar Ermənistanın yenidən təxribatlara başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün Vətən müharibəsinə başlayıb. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməklə təcavüzkar Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Bu ədalətli savaşımızda hər biri bir qəhrəman olan oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda canından keçdi. Vətən müharibəsində ən müasir hərbi texnikalardan məharətlə istifadə edən Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

Abşeron üzrə təhsil sektorunun metodisti, Şəhid Hüseyn Nəcəfzadənin anası Könül xanım tədbirdə çıxış edərək Vətən müharibəsində qazanılan Zəfərdən söz açıb. O, xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, torpaqlarını işğaldan azad etdiyini vurğulayıb.

Sonra məktəb-liseyin direktor müavini Məhruq Camalova cıxış edərək Vətən müharibəsində qazanılan qələbəni son 200 ildə Türk dünyasının ən şanlı tarixi adlandıraraq qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun rəşadəti sayəsində Azərbaycan bütün dünyada qalib xalq kimi tanındı. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi hər zaman əziz tutulacaqdır.


Məktəb-liseyin məzunu Vətən müharibəsi şəhidi Qurban Cəfərzadənin anası Məlahət xanım çıxış edərək Şanlı Zəfərin qazanılmasında övladının da payının olmasından qürur duyduğunu ifadə edib. O, Zəfər Günündə bütün şəhidlərin ruhunun şad olduğunu, Zəfərə aparan yolun Vətənə olan sonsuz sevgidən qaynaqlandığını qeyd edib.

Sonda məktəblilərin ifasında ədəbi bədii kompazisiya davam edib.


Xatırladaq ki, maraqla qarşılanan tədbirin təşkilatcıları Məhruq Camalova və Aygün Xələfovadır.






BİA.az
скачать dle 12.1