Bia.Az

Lacın sakini Pezident köməkcisinə və Baş prokurora ÜZ TUTDU: "Qardaşımın qanı yerdə qalıb"

Cəmiyyət
 6-11-2023, 01:24     471

Bu ilin fevral ayında Bakının Suraxanı rayonunda Laçın rayon Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun intihar etməsi ilə bağlı xəbərləri müntəzəm olaraq oxucularımızın diqqətinə catdırırıq. Mərhum İntiqam Zamanovun bacısı, Xırdalan şəhəri Quşculuq massivi ev 50-də yaşayan Lacın rayonu Agcakənd kəndində qeydiyyatda olan məcburi köckün İsmayılova Diləfruz Binnət qızı redaksiyamıza müraciət edərək Azərbaycan Respublikası Prezidentinin köməkcisi, Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələskərova və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə ünvanlandırdıgı şikayət ərizəsini ictimailəşdirməyimizi xahiş edir. BİA.az olaraq həmin şikayət ərizəsini oldugu kimi dərc edirik: 

Azərbaycan Respublikası Prezidentinin köməkcisi, Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələskərova

Azərbaycan Respublikasının Baş Prokuroru 
cənab Kamran Əliyevə

Xırdalan şəhəri Quşculuq massivi ev 50-də yaşayan Lacın rayonu Agcakənd kəndində qeydiyyatda olan məcburi köckün İsmayılova Diləfruz Binnət qızı tərəfindən

                                                      Ə R İ Z Ə

Hörmətli Fuad müəllim, Sizə, hörmətli Baş Prokurora və ölkə ictimaiyyətinə bəllidir ki, mənim Lacın rayonu Agcakənd kəndindən məcburi köckün olan ailəsi ilə Suraxanı rayonu Binə qəsəbəsində məskunlaşan qardaşım Zamanov İntiqam Binnət oglu həyat yoldaşı Məlahət Zamanovanın və oglu Zamanov Elgün İntiqam oglunun təzyiqləri, böhtanları, ləyaqətini alcaldan rüsvayedici şaiyələri nəticəsində özünüöldürmə dərəcəsinə catdırılmış, bu hərəkətlərə dözməyərək 2023-cü ilin fevral ayının sonlarında Binə qəsəbəsində yaşadıgı evin həyətində özünü asaraq intihar etmişdir. Onun asılı meyiti 24.02.2023-cü ildə həyətdə, sifəti qurt-quş tərəfindən didilmiş förmada tapılmışdır.

Bu faciəni Suraxanı rayon prokuroru Rəşid Mahmudov və prokurorlugun müstəntiqi Tamerlan Baqiyev cinayət törətmiş Elgün Zamanovdan pul alaraq  bastırmışlar, cinayət işi başlanmasını rədd etmişlər. Pul alınması faktı barədə danışıqların aparılması barədə audio disk tərəfimizdən Sizə və istintaq orqanına təqdim edilmişdir. Bacı olaraq mənim və Agcakənd kənd camaatının bu ədalətsizliyə qarşı səs ucaltmagımızdan sonra Sizin və hörmətli Baş prokurorun köməkliyi ilə Elgün Zamanov barəsində cinayət işi başlanması təmin edilmişdir. Bizim cinayət işinin istintagının Suraxanı rayon prokurorlugundan alınaraq başqa istintaq orqanına verilməsi barədə tələbimizi hörmətli Baş Prokuror təmin etmədiyindən bu günə qədər cinayət işinin aqibətindən məlumatımız yoxdur.

Bir müddət qabag bizə məlum olmuşdur ki, nə Sizin, nə də Baş Prokurorun Suraxanı rayon prokuroru Rəşid Mahmudova gücünüz catmır. Buna səbəb Rəşid Mahmudovun atası Bəhruz Məmmədovun uzun müddət Baş Prokurorluqda kadrlar idarəsinin rəisi işlədiyindən onun oglunun özbaşınalıgına və qanunsuz əməllərinə göz yumursunuz, onun xətrinə dəymirsiniz. 

Hörmətli Fuad müəllim, hörmətli Baş Prokuror! Əgər qardaşımı oglu Elgün və anası Məlahət özünüöldürmə dərəcəsinə catdırılma faktı varsa nə ücün işin istintagının tamamlanmasını təmin etmirsiniz. Səbəb nədir ki, mənim qardaşımın ölüm işı  belə süründürülür. Ona görə də xaiş edirəmcinayət işinin istintaqının tamamlanaraq məhkəməyə göndərilməsini təmin edəsiniz. Pəşid Mahmudovun və Tamerlan Baqiyevin cirkin əməllərinə son qoyasınız və onlar barəsində qanuni tədbirlər görəsiniz.

İmza    D.B.İsmayılova
Tarix 02.11.2023-cü il.

BİA.az
скачать dle 12.1