Bia.Az

Kadırov 15 yaşlı oğluna yüksək vəzifə verdi -FOTO

Cəmiyyət
 5-11-2023, 12:03     375

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam atasının təhlükəsizlik xidmətində “vacib” və “məsul” vəzifəyə təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə Bu barədə RBK agentliyi məlumat yayıb.

“Əziz qardaşım Adam Kadırovu Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”, – deyə respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev və Dövlət Dumasının deputatı Adam Delimxanov sosial şəbəkələrdəki hesablarında yazıblar.

Delimxanovun sözlərinə görə, kiçik Kadırov özünü “cəsur, vətənpərvər və dinin müdafiəsinə qalxmağa hazır olan şəxs” kimi göstərib və bir neçə dəfə də hərbi əməliyyatlar zonasında olub. “Əziz qardaş oğlu”nun bu vəzifəyə təyin olunması təbiidir”, - deyə Duma deputatı qeyd edib.

скачать dle 12.1