Bia.Az

Rasim Balayevdən sədrliyə namizədliyi xəbərinə REAKSİYA - Qurultayın tarixi bilindi

Cəmiyyət
 4-11-2023, 13:06     382

Bizim Qurultay bu ay - noyabrda olacaq.

BİA.AZ bildirir ki bunu Trend-ə açıqlamasında Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olduğu barədə xəbərlərə aydınlıq gətirərkən bildirib.

"Mənim indi sədri olduğum İttifaq birləşmiş kino ittifaqlarına sədrliyimi namizəd kimi irəli sürüblər. İndi İttifaq üzvləri bu gün toplaşmalıdır. Sonra namizədliyim ümumi iclasda səsə qoyulacaq. Hələ kino ittifaqlarının sədri seçiləcəyimi indidən dəqiq demək olmaz. Bu hələ namizədlikdir", - deyə o bildirib.

Qeyd edək ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
скачать dle 12.1