Bia.Az

İsrail HƏMAS-ın 10 komandirini məhv etdi

Dünya
 4-11-2023, 01:30     453

Qəzza zolağında əməliyyat başlayandan İsrail hərbçiləri HƏMAS-ın 10 yüksək rütbəli komandirini öldürüb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari məlumat verib.

“Biz HƏMAS-ın səhra komandirlərini yerdə və yer altında təqib və məhv edirik. Döyüş əməliyyatları başlayandan biz Baş Təhlükəsizlik Xidməti ilə birlikdə rütbəsi briqada komandirinə uyğun gələn 10 HƏMAS terrorçusunu məhv etmişik. Bunlar döyüşlərə komandanlıq etmiş rəhbərlərdir”, - o qeyd edib.скачать dle 12.1