Bia.Az

Putinin müsəlmanla salamlaşması gündəm oldu - Video

Dünya
 4-11-2023, 01:16     426

Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın üzvləri ilə görüşü zamanı Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, müfti Albir Krqanovu “Əleykum əs-salam” sözləri ilə salamlayıb.

Axar.az xəbər verir ki, görüş Kremlin Teleqram kanalında yayımlanıb.

“Hörmətli Vladimir Vladimiroviç, salam aleykum”, - deyə müfti dövlət başçısına müraciət edib.

Buna cavab olaraq, Putin mikrofonu götürərək din xadimini salamlayıb.

“Əleykum əs-salam”,- deyə prezident təbəssümlə bildirib.

скачать dle 12.1