Bia.Az

Bakıda bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ - VİDEO

Cəmiyyət
 4-11-2023, 01:03     432

Sabah Bakıda qısamüddətli yağış yağış yağacaq.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Millli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, günün müəyyən saatlarında duman olacağı da gözlənir.

ETSN-nin Proqnozlar Bürosunun aparıcı sinoptiki Leyla Mədətova bidlirib ki, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Rayonlarda isə hava nisbətən yağmurlu olacaq.

Noyabrın 5-də isə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Bölgələrdə də əsasən yağmursuz olacağı, gecə və səhər bəzi ərazilərdə duman müşahidə ediləcəyi gözlənir.

скачать dle 12.1