Bia.Az

Alla Puqaçova Rusiyaya qayıtdı

Şou
 3-11-2023, 01:09     604

SSRİ Xalq artisti Alla Puqaçova Rusiyaya qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Puqaçova Rusiyaya tək qayıdıb, əri, komediya ustası Maksim Qalkin (Rusiyada xarici agent kimi tanınıb) onun yanında olmayıb.

Xatırladaq ki, Puqaçova həyat yoldaşı Maksim Qalkin ilə Rusiya-Ukrayna müharibəsindən sonra İsrailə köçüb. Daha sonra müğənninin İsrail-HƏMAS müharibəsi başlayandan sonra övladları ilə birlikdə Kiprə köçdüyü haqda məlumatlar yayılmışdı.скачать dle 12.1