Bia.Az

"Neftçi" - "Zenit" matçının dəqiq tarixi bəlli oldu

İdman
 3-11-2023, 01:02     468

"Neftçi”nin Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubuna qarşı keçirəcəyi yoldaşlıq oyununun başlama tarixi müəyyənləşib.

Paytaxt təmsilçisindən Axar.az-a verilən məlumata görə, noyabrın 18-də “Neftçi Arena”da təşkil olunacaq görüş saat 21:00-da start götürəcək.
Matçın biletləri tezliklə satışa çıxarılacaq.

Qeyd edək ki, “Neftçi” yayda Sankt-Peterburq şəhərində iştirak etdiyi “Matç TV Kuboku”nda “Zenit”lə qarşılaşmış və 1:3 hesabı ilə uduzmuşdu.скачать dle 12.1