Bia.Az

Qəzzada BMT məktəblərinə sığınan 20-dən çox insan ölüb

Dünya
 3-11-2023, 01:00     291

Qəzza zolağında BMT məktəblərinə sığınan 20-dən çox insan İsrailin son zərbələri nəticəsində həlak olub.

“Report” xəbər verir ki, belə bir iddia ilə “CNN” məlumat yayıb.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini bildirib ki, raket zərbələri nəticəsində son bir neçə saatda təxminən 20 000 insanın yaşadığı üç məktəb zədələnib:

“Cəbəliyyədə 20-dən çox insan, eləcə də sahildə yerləşən düşərgədə bir nəfər ölüb. Bunlar Qəzzanın şimalında köçkünləri qəbul etdiyimiz agentliyin məktəbləridir”.скачать dle 12.1