Bia.Az

Dərmanın da halalı, haramı olur? - Tanınmış ilahiyyatçıdan VACİB ŞTRİX

Cəmiyyət
 2-11-2023, 20:30     314

İqtisadiyyat Nazirliyi yanında Antiinhsiar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri - 1-ci hissə - ümumi tələblər” dövlət standartı qəbul edilib.

TEREF.AZ xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutu məlumat verib.

Bildirilir ki, bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur.

Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək.

Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.

DİA.AZ-ın xəbərinə görə, məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan Cebhe.info-ya açıqlamasında qeyd edib ki, sağlamlıq üçün istifadə olunan dərmanların halalı, haramı olmaz:

"Bəzən elə olur ki, narkotik tərkibli dərmanların qəbuluna çox ciddi zərurət yaranır. Belə ki, onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrini misal göstərmək olar.

Bildirim ki, islam birlik və bərabərlik dinidir. İslam dinində buyurulub ki, əgər ölümünə çarə olaraq haram məhsullardan istifadə edirsənsə, bu günah sayıla bilməz. Həm də dinimizdə deyilir ki, Uca Rəbbimiz özünə halal, digərini haram edib özünü aldadan bəndəsini sevməz".скачать dle 12.1