Bia.Az

Qaravəlli sakinləri səyyar qəbulda minnətdarlıqlarını bildiriblər - FOTO

Bölgə
 2-11-2023, 13:41     775

Ağcabədi. Vətəndaşları narahat edən problemlərin yerlərdə birbaşa həll edilməsi məqsədilə Ağcabədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən səyyar qəbullar davam etməkdədir. 2023-cü ilin noyabr ayı üçün ilk səyyar qəbul Qaravəlli kənd tam orta məktəbində keçirilib. Qəbulda rayon icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, hüquq mühafizə orqanlarının, həmçinin digər idarə müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak edib.

Sakinlərlə görüşdə çıxış edən icra başçısı Rafil Hüseynov son illər ölkəmizin əldə etdiyi nailiyyətlərdən söz açıb. O, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq-abadlıq işlərindən danışaraq, hal-hazırda əsas resursların Qarabağa yönləndirildiyini, lakin buna baxmayaraq, rayonumuzda da bu işlərin lazımi səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra kənd sakinləri çıxış ediblər. Sevindirici haldır ki, budəfəki  qəbul iştirakçıları çıxışlarda problemlərdən daha çox ölkəmizin əldə etdiyi uğurlardan danışmağa can atıb, bayrağımızın Xankəndidə, Şuşada və digər yerlərdə dalğalanmasını özləri üçün ən böyük mükafat kimi dəyərləndirərək dövlət başçısına minnətdarlıq hisslərini ifadə ediblər.

Bununla yanaşı, kəndə elektrik enerjisinin verilməsində fasilələrin yaranması  da diqqətə çatdırılıb. Ağcabədi Elektrik şəbəkəsinin nümayəndəsi buna cavab olaraq bildirib ki, bununla bağlı kəndə ümumi baxış keçirilib, hazırda müəyyən tədbirlər görülməkdədir, sadəcə işlərin başa çatdırılması üçün bir az zamana ehtiyac vardır.

Qeyd edək ki,  Qaravəlli kəndi Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə  Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır. Burada iqtisadiyyatın əsasını kənd təsərrüfatı – əkinçilik və maldarlıq təşkil edir. Əsas kənd təsərrüfatı sahəsi taxılçılıq, pambıqçılıq, yemçilikdir.   Kənddə mədəniyyət evi, klub, kitabxana, orta məktəb və s. fəaliyyət göstərir. / Aranqazeti.az

 
BİA.az                                                                                                                                                  
скачать dle 12.1