Bia.Az

Almaniya lideri Tanzaniyadakı cinayətlərə görə üzr istədi

Dünya
 2-11-2023, 01:29     308

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer onun ölkəsi tərəfindən Tanzaniyada törədilən müstəmləkə cinayətlərinə, xüsusilə XX əsrin əvvəlində Maci-Maci qiyamı zamanı 300 min insanın qətlə yetirilməsinə görə üzr istəyib.

Axar.az xəbər verir ki, Frank-Valter Ştaynmayer bu sözləri Maci-Maci qiyamı qurbanlarının nümayəndələri ilə görüşdə söyləyib.

“Mən almanların sizin əcdadlara qarşı etdiklərinə görə üzr istəyirəm. Burada baş verənlər bizim ümumi tariximizdir, sizin əcdadlarınızın tarixidir, bizim Almaniyadakı əcdadlarımızın tarixidir”, - o bildirib.

Qeyd edək ki, Maci-Maci üsyanı Almaniyanın yerli əhalini ixrac üçün pambıq yetişdirməyə məcbur etmək siyasətinə etiraz olaraq baş verib.скачать dle 12.1