Bia.Az

Samxaradze: Gürcüstan regionda lider olmaq istəyir

Siyasət
 2-11-2023, 01:23     335

Gürcüstan regionda lider rolunu öz üzərinə götürmək istəyir və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək səyləri də bununla bağlıdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Bunu Gürcüstanın Birinci Kanalının efirində Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze deyib.

““3+3” formatına gəlincə, burada bizim çox aydın mövqeyimiz var: Gürcüstanın işğal olunmuş əraziləri Rusiya tərəfindən azad olunmayana və Rusiya Federasiyası Gürcüstanın ərazi bütövlüyünü tanımayana qədər biz bu formatda iştirak etməyəcəyik,-deyə gürcü siyasətçisi əlavə edib.
“Əlbəttə, bizim üçün Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığa kömək edəcək atmosferin yaradılması vacibdir. Əgər həmin adı çəkilən formatda olan bir ölkə ölkəmizin ərazi bütövlüyünü kobud şəkildə pozdursa və ölkəmizin bir hissəsinin işğalını davam etdirirsə, bu formatda iştirakın heç bir mənası yoxdur”, - deyə Samxaradze bildirib.скачать dle 12.1