Bia.Az

Dünyanın ən varlı 10 adamı 50 milyard dollar itirdi: Ən çox “kasıblayan” isə o oldu

Dünya
 2-11-2023, 01:05     268

Son bir ay ərzində dünyanın ən zəngin 10 adamının ümumi sərvəti təxminən 50 milyard dollar azalaraq 1,32 trilyon dollara düşüb.
Musavat.com xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb.

“Tesla”nın yaradıcısı və X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask hələ də reytinqin birinci pilləsində qərarlaşıb. Bununla belə, “Tesla”nın səhmləri bu ay 20 faiz ucuzlaşıb və o, 35 milyard dollar itirib. Bu, Maskın sərvətinin 14 faizi deməkdir.

LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti, “Forbes” siyahısında ikinci yerdə qərarlaşan Bernard Arna qrupun səhmlərinin 5 faiz ucuzlaşması nəticəsində son bir ayda 10 milyard dollar itirib.

“Oracle” korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellison şirkətin səhmlərinin 3 faiz ucuzlaşması nəticəsində 5 milyard dollar itirsə də, reytinqdə dördüncü yeri qoruyub.

Eyni zamanda, mənfi tendensiyaya baxmayaraq, reytinqdə yeddinci yerdə olan “Meta” korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti ötən bir ayda 300 milyon dollara yaxın artıb. Buna korporasiyanın səhmlərinin bahalaşması səbəb olub.скачать dle 12.1