Bia.Az

ETSN-də həbslər DAVAMLI OLACAQ... - Hər halda, görünəni budur...

Cəmiyyət
 1-11-2023, 11:07     535

Dünən Azərbaycanda daha bir məmurun qollarına qandal vuruldu və yenə də səbəb rüşvət... korrupsiyadır. DİA.AZ xatırladır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İş üzrə toplanmış ilkin sübutlar əsasında Amil Abdullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də rüşvətə görə həbs olunan işçi ilə bağlı açıqlama verib. Nazirliyin açıqlamasında belə deyilir: "Əfsus ki, narahatlığa səbəb olan belə hallara rast gəlinir və bəzi işçilər ona göstərilən etimadı doğrultmurlar. Biz bu cür neqativlərlə heç vaxt barışmamışıq və barışmayacağıq da. Belə işçilərin sıralarımızdan təmizlənməsi üçün ciddi çalışırıq və bundan sonra da davam etdirəcəyik”.

Hər halda, bu gün ETSN-nin bölgələrdəki kadrlarının hansı formada çalışdığını elə yerli KİV-i analiz etməklə də görmək, müəyyən etmək olar. Məsələn, hazırda sözügedən nazirliyin əməkdaşlarının Qəbələ, Gədəbəy, Tovuz, Sabirabad istiqamtlərində hansı oyunbazlıqlar etdiyi hər kəsə gün kimi aydındır. Elə dünən DİA.AZ olaraq "Lənkəranda EKOLOJİ TERRORİZM" başlığı növbəti narahatçılıq yaradan səbəbi təqdim etmişdik. Yazdıqlarımızın mürəkkəbi qurumamış məlum həbs addımı atılıb.

Yeni həbslər də istisna deyil... Hər halda görünəni budur...

Məsələ ilə bağlı dia.az olaraq əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
скачать dle 12.1