Bia.Az

Paşinyan 10 Noyabr bəyanatının bu bəndindən imtina etdi – ŞOK

Gündəm
 1-11-2023, 10:32     339

Ermənistan Baş naziri Nikol Paşinyan 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklərini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Qeyd edilib ki, Paşinyan bəyanatda “nəqliyyat əlaqəsi üzrə nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarına verilməsi” bəndindən imtina edib.

“Uzun müddətdir ki, Paşinyan bununla bağlı eyhamlar vururdu. Dünən 2024-cü il büdcə layihəsinin müzakirəsi zamanı o, bunu demək olar ki, açıq mətnlə bildirdi. Dedi ki, Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılacaq, onun məqsədi rabitənin təhlükəsizliyini təmin etmək olacaq. Bu isə sözügedən bəndin aradan qalxmasıdır”, – erməni mediası iddia edib.

Qeyd edək ki, 10 Noyabr bəyanatının 9-cu bəndində deyilir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.v

скачать dle 12.1