Bia.Az

TƏCİLİ: Azərbaycan əhalisinə ŞAD XƏBƏR - Çörək daha da ucuzlaşacaq

Cəmiyyət
 1-11-2023, 10:10     298

Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb. Belə ki, bu ay ərzaqlıq buğdanın 1 tonunun orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı müqayisədə təqribən 28% azdır. Eyni zamanda, beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır. Bu isə ölkəmidə də çörəyin az da olsa  ucuzlaşmasına şərait yaradıb. 

Maraqlıdır, gələcəkdə baş verə biləcək qiymət artımından sığortalanmaq üçün Dövlət Taxıl Fondunda taxılı artırmaq lazımdırmı?
Musavat.com xəbər verir ki, İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində Taxıl Fondunun qiymətləri tənzimləmək kimi bir öhdəliyi yoxdur:

"Dövlət Taxıl Fondu ölkə üçün strateji fonddur. Hər hansı bir ajiotaj və qıtlıq hallarında istifadə etmək üçün nəzərdə tutulub. Nə vaxt ki, qıtlıq yarandı, o qıtlığın aradan qaldırılması da qiymətlərə təsir göstərir. Amma bu, qiymət tənzimləmək üçün deyil. Aclıq, hər hansı fəlakət nəticəsində ölkədə bütün taxıl ehtiyatları tükəndi, idxal mümkün olmadı-taxıl fondunun təyinatı bundan ötrüdür.

Taxıl Fondunun ehtiyatlarını vaxtaşırı dəyişmək, onu bazara çıxarıb qiymətləri tənzimləmək üçün istifadə etmək mümkündür. Buna ehtiyac varmı? Taxıl Fonduna hazırda daha böyük həcmdə taxıl alınmasına ehtiyac yoxdur. Taxıl ikinci ildir dünyada ucuzlaşır. Ukraynadan taxıl idxalının azalması dünya ölkələrinə təsir etdi. Dünya dövlətləri öz maraqları naminə taxıl istehsalını artırmağı hədəfləyb. Buna görə də ucuzlaşma davam edir. Davam da edəcək. Taxıl istehsalının artım tempi müşahidə olunur. Hesab etmirəm ki, qarşıdakı aylarda taxılın qiyməti o qədər bahalaşsın". скачать dle 12.1