Bia.Az

Solovyov ermənilərə görə Markovu təhqir etdi – Video

Dünya
 31-10-2023, 01:59     464

Rusiyalı aparıcı, ermənipərəst Vladimir Solovyov politoloq Sergey Markovun “etnik qərəz”lə bağlı dediklərinə qəzəblənib.

Axar.az xəbər verir ki, Solovyov Markovu “etnik təmizləmə”də ittiham edərək onu əclaf adlandırıb.

O qeyd edib ki, politoloq vaxtında Dövlət Dumasında yer alıb və bir vaxtlar Rusiya prezidentinin etibarlı adamı olub:

“Bəs Rusiya hökumətindəki etnik qərəzlə necə? Mişustin və Lavrovun etnik köklərini araşdırmaq istərdinizmi? Xeyr, hər şey qaydasındadır?”
Qeyd edək ki, Markov Solovyovun proqramı ilə bağlı bunları deyib:

“Belə bir qalmaqal Solovyovun ətrafında sonuncu deyil. Fakt budur ki, bir çox insan bu ətrafda böyük miqyasda etnik qərəzliyin olduğunu görürlər. Əsasən iki böyük diaspor xalqının nümayəndələri böyük Rusiyanın siyasətinin necə olması lazım olduğunu müzakirə edir. Həm gülməli, həm də ağlamalıdır. Həmçinin bu, normal deyil. Amma indi qalmaqallar olacaq, çünki Rusiyanın həm İsrail, həm də Ermənistanla münasibətləri pisləşir. Və Solovyovun bir çox eksperti tarazlığı saxlaya bilmirlər - Rusiya, yoxsa onların etnik kimliyi? Burada Satanovski özündən çıxdı. O, sonuncu deyil”.
скачать dle 12.1