Bia.Az

CÜTLÜK CİNAYƏTKAR

Cəmiyyət
 30-10-2023, 18:05     680

Şair,publisist Xuraman Vəfa adında bir qadın var.Azərbaycanın ədəbi mühitindən ticarət mühitinə əl atıb.Bu qadın Türkiyə vətəndaşı olan Çakır Mehmet Şerif isimli əri ilə əl-ələ verərək adamlara kələk gəlir,dələduzluq edirlər.

Şikayətlər əsasında bu barədə bir dəfə yazmışdım.Görürəm yenə öz bildiklərini edirlər,heç bir dövlət qurumu da onların fəaliyyəti ilə maraqlanmır.Cütlük insanlarda özlərinə qarşı inam yaradaraq hiylə işlədir.
Guya plastik qab-qacaq,tara istehsalı üçün avadanlıqlar alıb istehsal sahələri quracaqlar.Bu adla vətəndaşları şirnikləndirir, pullar alıb öz şəxsi məqsədləri,güzəranları üçün xərcləyirlər.
Ortada isə əməli nəticə yoxdur.Nə texnoloji qurğular var,nə də istehsal nümunələri.Varsa,göstərsinlər,biz də gedib baxaq,bəlkə bəyənib aldıq.
Çox təəssüf ki az-çox tanınmış sima olan Xuraman Vəfa bu cür çirkli işlərlə məşğuldur.Şair qəlbi həssas olur,böyük amallarla yaşayırlar.Deyəsən belə şeylər Xuraman xanıma yaddır.Ya da Çakır bəy istiqamətini dəyişib.
Amma Xuraman Vəfanın eşi Çakırın bildirib ki,o camaatın əmanətini bir neçə dəfə qaytarmaq istəyib,lakin arvadı buna imkan verməyib.Bütün işlərin başında Xuramanın durduğu məlum olur.Artıq pula hərislik bu qadını əsl saxtakara çevirib.Türk vətəndaşı olan ərinin hesabına əlinə var-dövlət yığan Xuraman Vəfa bunu hansı yollarla topladığının fərqində deyil.Aldatdıqları adamların pulları ilə özünə mal-mülk,villa,avtomobillər alıb.Oliqarx həyat tərzi yaşayır.Maşınlarının nömrə nişanları 111 ilə bitir.
Yalan ayaq tutar,yeriməz deyiblər.Yəqin Xuraman xanım oxucularını çox avam hesab edib.Ancaq vəziyyəti başa düşərək aldandıqlarını dərk edənlər də var.Şair xanımın əri ilə oyunlarına göz yummaq fikirləri yoxdur.İnanırlar ki qüdrətli dövlətimiz,peşəkar hüquq-mühafizə orqanlarımız bu cütlüyün əməllərinin üstünü tezliklə açacaq,vətəndaşların pozulmuş hüququnu bərpa edəcəklər.
Cənab Prezident İlham Əliyevdən,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadan,Baş Prokurorluqdan,Dövlət Təhlükəsizliyi Xidmətindən xahiş edirəm faktın araşdırılması,məsələnin həlli üçün ciddi ölçü götürülsün.
Sima Babayevaскачать dle 12.1