Bia.Az

Kohenin Türkiyə ilə bağlı əmri: 9 gün gecikib...

Dünya
 30-10-2023, 02:49     401

İsrail diplomatları oktyabrın 19-dan Türkiyəni tərk ediblər.

Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohenin Türkiyədən diplomatların geri çağırılması ilə bağlı bəyanatını şərh edən diplomatik mənbə "Anadolu" agentliyinə açıqlamasında deyib.

“Hazırda Türkiyədə heç bir İsrail diplomatı yoxdur. Onlar artıq oktyabrın 19-da ölkəni tərk ediblər. Oktyabrın 18-də nazirliyimizə göndərdikləri notada son hadisələr fonunda səfirlik diplomatlarının oktyabrın 19-dan etibarən Türkiyəni tərk edəcəyi bildirilirdi. Kohenin əmrini kimə ünvanladığını anlamaq çətindir. Çünki onun haqqında danışdığı diplomatlar artıq ölkəmizi tərk ediblər”, - mənbə bildirib.

Qeyd edək ki, İsrail xarici işlər naziri Eli Kohen Türkiyədəki israilli diplomatları geri çağırıldığını açıqlamışdı.скачать dle 12.1