Bia.Az

"Ailəsinin boğazından kəsdi, yedirtdi qumarbazlara..." - ETİRAZ

Redaktorun seçimi
 28-10-2023, 14:51     16 198

"Köhnə mövzudur, yenə də deyim. Addımbaşı "Azərlotereya"dır. "Vasmoy bazarı"nda fəhlələrin işlədiyi, camaatın sıx olduğu "xadavoy" yerlərə "toçka"larını qurublar". DİA.AZ bildirir ki, bunu öz etirazında ifadə edən jurnalist Məğrur Slmanov işarə edir ki, əslində "Azərlotoreya"nın məhz əhalinin kasıb təbəqəsinin sıx yaşadığı ərazilərdə daha çox satış nöqtələri qurmaqda maraqlı olması nə təsadüfi deyil, nə də hansısa xoş niyyətdən xəbər vermir.

"Ailəsinin boğazından kəsdi, yedirtdi qumarbazlara..."

Jurnalist daha sonra yazır: "Fəhlə gününə 15-20 manta qazanır, aparır verir ora. Metroların içində, çölündə, binaların qabağında, marşrut dayanacaqlarında əhalini soyub soğana çeviriblər. Şahidi oldum. İşləməkdən ikiqat olmuş fəhlə bir neçə dəqiqə içində 10-15 ədəd poz- qazan aldı, pozdu, bir günlük qazanc getdi. Ailəsinin boğazından kəsdi, yedirtdi qumarbazlara...

Hə, deyəcəksiniz ağlı var, oynamasın. Onu da deyim. Bunun bir qaydası olmalıdır. Bu kartof-soğan deyil ki, əliçatımlı edirsiniz. Konkret yerlərdə satışı olmalıdır. Hər yerdə də reklamınız var, kim istədi alacaq da. Narkotiki də ictimai yerdə qoysan, nə vaxtsa dadına baxmaq istəyənlər olacaq.
Xatırlatma! Bir neçə ay öncə Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları "Xalqlar" metrostansiyasının ətrafında
göyərti satan bir dayını qovdular. Küçə ticarətinin hər yerdən yığışdıracaqlarını dedilər. Nizami RHİ-nin nümayəndələri ilə kiçik mübahisəmiz də oldu. Budur, bir neçə aydan sonra "Neftçilər" metrostansiyasının ətrafı və qoşa qoşa Azərlotereya piştaxtaları..."

Mövzu diqqətimizdədir. Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
скачать dle 12.1