Bia.Az

ABŞERONDA «AİLƏ»nin ADINDAN İSTIFADƏ EDiB QANUNSUZ APARTMANLAR TiKƏN «KORRUPSIYANIN POLKOVNiKi» KiMDiR?

Redaktorun seçimi
 28-10-2023, 14:28     16 538

Qanunsuz tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, o cümlədən yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sökülür. Deməli, harda qanunsuz tikililər inşa olunursa, üstəlik bu barədə məlumatlar, kabinetlərdə həllini tapmayan şikayətlər kütləvi informasiya vasitələrində işıqlandırılırsa, bütün bunlara rəğmən işlər dayandırılmırsa, demək, elə həmin adı çəkilən aidiyyəti orqanların vəzifəli şəxsləri öz maraqları naminə qanunsuzluqlara göz yumurlar.

Heç gözləməzdik, ağlımıza da gəlməzdi ki, təmənna qarşılığında neqativ hallara rəvac verən, bu azmış kimi, qanunsuz tikinti işlərini həyata keçirmək imtiyazını bir adamdan alıb digərinə satan qurumlar sırasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də olacaq. Axı bu idarə şikayətlərin ən çox ünvanlandığı, haqqı tapdalananların üz tutduqları, ümid umduqları, pənah gətirdikləri ünvanlardan biridir. Amma burası Azərbaycandır!

Sirr deyil ki, qanunsuz tikililərin vüsət aldığı məkanlardan biri də Abşeron rayonunun Xırdalan şəhəridir. Burada son illər apartman biznesi sürətlə inkişaf etməkdədir. Abdin Fərzəliyevin Abşeron Rayon İcra Hakimiyyətinə başçı təyin olunması da bu sahədə özbaşınalığa, pərakəndəliyə son qoymadı, əksinə, görünən odur ki, daha da sürətləndirdi.

Xatırladaq ki, bir ara mətbuatda Xırdalan şəhəri Heydər Əliyev prospektində, daha dəqiq desək, əvvəlki təcili tibbi yardım stansiyasının yaxınlığında təqribən ümumi sahəsi 1200 kv/m olan ərazidə gedən tikinti işlərinə görə “həyəcan təbili” döyüldü. Bildirilirdi ki, orada Murad adlı şəxs ikimərtəbəli fərdi yaşayış evinin inşa olunacağı adı ilə əslində əlamətlərindən (sahə və bünövrəsinin miqyasına görə) göründüyü kimi çoxmərtəbəli apartman tikməklə məşğuldur. Bəzi mənbələrdən verilən məlumata görə, hasara alınmış həmin ərazidə həyata keçirilməkdə olan hündürmərtəbəli binanın inşasına dair lazımı sənədlər yoxdur və tikintinin sahibi RİH-nin “xeyr-duası” əsasında işlərini davam etdirir.

Məlumatın izi ilə araşdırma apardığımız zaman adı çəkilən Murad adlı şəxsə zəng vurub məsələyə münasibətini öyrənmək istədik. Əvvəlcə Murad bəy özü, sonra da köməkçisi İlham bəy etiraf etdilər ki, ilk əvvə onlar sözügedən ərazidə işlərə başlasalar da, sonradan (yəqin ki, şikayətlərdən sonra) məsələyə müdaxilə edən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Mamed (Məmməd) adlı əməkdaşı təzyiq göstərərək iş aparmaq imtiyazını əllərindən alıb: “Köhnə təcili yardım stansiyasının artıq şəxsi mülkiyyətdə olan ərazisini də ələ keçiriblər. Biləsiniz, birinci xanımın, Paşayevlərin adından istifadə edirlər. Həmin ərazinin yaxınlığındakı zibil qutuları qoyulan yeri də polkovnik rütbəli zabitə veriblər”.

Maraqlıdır, görəsən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbov öz əməkdaşlarının qanunu tapdalayaraq ölkənin Birinci Vitse-Prezidentinin adı ilə möhtəkirlik etməsinə hansı reaksiyanı verəcək.

Dəryaz.azскачать dle 12.1