Bia.Az

Cəlilabadda qətl törədən şəxs saxlanıldı

Hadisə
 28-10-2023, 14:21     493

Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Əhmədli Xaqani Mirnizami oğlunu vuraraq qəsdən öldürən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Muradlı Böyükxan Elçin oğlu saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.скачать dle 12.1