Bia.Az

"Maaşımız da hələ verilməyib, nə edəcəyimizi bilmirik…" - GİLEY

Fakt
 28-10-2023, 14:15     583

Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzlar barədə daim redaksiyamıza şikayətlər daxil olubdur. Bunların içərisində Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi xüsusilə seçilir. Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında ““Vladimirovşina”: Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi direktorun ailə şirkətinə çevrilib”, “Təhsilimizin Vladimir “dərdi”” və “Direktor sarıdan bəxti gətirməyən məktəb” başlıqlı məqalələr dərc etmişdik. Aktualxeber.az-ın elektron poçtuna yeni müraciət daxil olubdur:

“Sumqayıt evdə fərdi təhsil məktəbinin müəllimləri olaraq Abşeron-Xızı Regional İdarəsinin rəhbərliyindən narazıyıq. Məktəbimizdə özbaşnalıq tüğyan edir, ancaq şikayətə baxan yoxdur. Xüsusi təhsil siniflərində oxuyan şagirdlərin 300 saat dərsini direktor Vladim İbrahimov öz yaxınlarına, tanışlarına satdı, arvadı Səidə İbrahimovanın bütün tanışlarına, rəfiqələrinə saat hesabı dərs verdi, öz bacısı İsmayılova Müşgünaza dərhal 36 saat dərs verib. Təkcə Müşgünaz deyil, bacısının gəlini, hətta oğlunun nişanlısına da xüsusi təhsil siniflərindən dərs ayırıb. Bu gün V.İbrahimovun oğlunun toyu olacaq və əvvəldən kollektiv xəbərdar edilib ki, 100 manatdan az pul yazdıran olsa dərsi əlindən alınacaq. Maaşımız da hələ verilməyib, nə edəcəyimizi bilmirik…


Abşeron-Xızı təhsil idarəsinin rəhbərliyi də, Elm və Təhsil nazirliyi də bilir ki, 36 saat dərs yükü olan müəllimlər onun yarıdan çoxuna getmirlər. Onlara heç maraqlı deyil, maraqlı olsaydı çoxdan komissiya göndərib 5 günə necə 36 saat dərs demək, hələ məktəbdə də gəlib xəlvət otaqlarda zarafatlaşmaq olar, bir araşdırardılar. Məktəbdə söz gəzir ki, yaxın vaxtlarda V.İbrahimov yola salınacaq, yenidən Y.İmanov direktor təyin olunacaq. Buna 1, ya 2 nəfər “taksiyə minəcək” deyə çox sevinə bilər, ancaq biz imtahanla direktor təyin olunsa sevinə bilərik”.


Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
//aktualxeber.az//скачать dle 12.1