Bia.Az

Zarafata salırıq... - Replika

Cəmiyyət
 28-10-2023, 13:57     406

Adını "psixoloq" qoyan, lakin özünün psixoloji dəstəyə ehtiyacı olan şəxslərin, bəzi müğənnilərin, tanınmış simaların ailə dəyərləri, kişi-qadın münasibətləri ilə bağlı fikirlərinə gülüb, lağ lağı edirik.

Əslində isə bu fikirlər ailə institutuna, ictimai münasibətlər sisteminə, kişi-qadın münasibətlərinə ciddi zərbə vuran, nifaq, nifrət, şübhə toxumu əkən təhlükəli tendensiyadır.

Belə fikirlərin söz və fikir azadlığına heç bir aidiyyatı yoxdur və ola bilməz.

Bu cür fikirlərin adiləşdirilməsi, hətta dəb halına gətirilməsi gələcəkdə cəmiyyət üçün ciddi siyasi, sosial, psixoloji problemlərə yol açacaq.
Müvafiq qurumların müdaxiləsinə ciddi ehtiyac var...

Fərid Şahbazlı - DİA.AZскачать dle 12.1