Bia.Az

Simonyan erməni jurnalisti susdurdu: - “Artsax sənin vətənindir?!”

Cəmiyyət
 27-10-2023, 20:54     453

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistləri ölkəsində sülhün bərqərar olması işinə qoşulmağa çağırıb.

BİA.AZ-ın modern.az-a istinadən məlumatına görə, o, “hamınızı hazırkı hakimiyyəti tənqid etməyə deyil, Ermənistanda sülhün bərqərar olmasına diqqət yetməyə çağırıram” deyib.

Spiker bildirib ki, sülh hamıya, Ermənistan dövlətinə də lazımdır.
Ətraflı

Jurnalistin “nəyin bahasına” sualına spiker belə cavab verib: “Biz artıq hər şeyin əvəzini ödəmişik, düşünürəm ki, daha ödəməməliyik”.

Simonyan jurnalistlərin qondarma “Artsax”la bağlı sualını sərt tonda qarşılayıb.

Jurnalistin “Vətənin bir hissəsini düşmənə buraxıb, o biri hissəsində dinc yaşaya bilərikmi” sualına Simonyan deyib ki, “Vətən” ifadəsi çox mücərrəddir.

"Adana, Qars sənin vətənindir? Artsax sənin vətənindir? İndi bir sual da verirəm: Van, Muş, Ərzurum – bizim vətənimizdir? Cavab ver, niyə susursan?”, - deyə spiker jurnalistə bildirib.
скачать dle 12.1