Bia.Az

"KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK" - "Postların ləğvi nəzərdə tutulmur"

Gündəm / Cəmiyyət
 15-05-2020, 19:16     1 208

"KARANTİN REJİMİ İLİN SONUNADƏK DAVAM EDƏCƏK" - "Postların ləğvi nəzərdə tutulmur"

"Bu ilin sonuna qədər ölkədə karantin rejimi davam edəcək". Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, xüsusi karantin rejimindən mərhələli şəkildə çıxmaq ehtimalı ola bilər: "Bu yükün artması və yumşalma prosesi vətəndaşların sosial məsuliyyətindən asılıdır. Virusla yaşamağa öyrəşməliyik. İlin sonuna kimi vəziyyət belə olacaq".

TƏBİB rəhbəri Ramin Bayramlı deyib ki, əsgərlər arasında ciddi yoluxma qeydə alınmayıb.

R.Bayramlı söyləyib ki, bir neçə zabit arasında yoluxma halı qeydə alınıb. Onların müalicəsi həyata keçirilib: "Hazırda hərbi hissələrimizdə heç bir ciddi yoluxma halı yoxdur və ciddi nəzarət var. Yoluxan zabitlər müalicə edilərək sağalıb"

"Ümumi yoluxanların 47 faizi Bakının payına düşür"-deyə, Ramin Bayramlı bildirib.

TƏBİB sədri bildirib ki, Yasamalda isə bu göstərici 17 faizdir.

O qeyd edib ki, ölkədə test aparılması imkanları 30 dəfədən çox artıb: "Bu günə 1.7 faiz müsbət nəticələrin payı testlərdə qeyd olunur. 220 mindən artıq test aparılıb və bu, 1 milyon əhaliyə 22 min təşkil edib".



R.Bayramlı əlavə edib ki, 80 yaşın üzərində 2 faiz yoluxma halı olub: "Qadınlar arasında yoluxma 57 faizə yüksəlib. 80 yaş üzərində ölənlərin göstərici 11 faiz təşkil edib".

"Bəzi müəssisələrinin rəhbərləri mövcud çağırışlara əməl etmədiyindən yoluxma faktları artırıb"-deyə, Bayramlı qeyd edib.

TƏBİB sədri bildirib ki, Bakı Tikiş Evində 64 nəfərə virusa yoluxub və onların müalicəsi hazırda davam edir.

O qeyd edib ki, hazırda ölkədə 46 məhbus koronavirusa yoluxub: "Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub. Cəzaçəkmə müəssisələrində yoluxanlar kənarda tibbi xidmətə cəlb olunurdular. Onlar da əsasən şəkərli diabet və ya böyrək çatışmazlığı ilə bağlı idi".

O bildirib ki, xroniki xəstələrin koronavirusa yoluxma faktları üstünlük təşkil edib: "Belə xəstələr arasında müalicə alanda yoluxma artır. Onlar da təmasda olanları da yoluxdurub. Proses məhdudlaşdırılıb".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, məhdudiyyətlərin daha bir qisminin yumşaldılması xüsusi karantin rejimində çıxışla bağlı 3-cü mərhələ hesab oluna bilər.


"Ona görə ki, aprelin 27-dən etibarən yumşaldılmanın birinci mərhələsi tətbiq olundu. Mayın 4-dən etibarən isə ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesi ikipilləli, ikisürətli, selektiv yanaşma metodu ilə tətbiq edilməyə başladı”, - deyə İ.Məmmədov bildirib

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, karantin rejimi tam ləğv olunmayıb :"Ona görə də postların ləğvi nəzərdə tutulmur".

Onun sözlərinə görə, qaydalara necə əməl olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən tənzimlənir: "Onlar hesab etsə ki, artım və ya azalmaya ehtiyac var buna uyğun da qərar veriləcək".

O qeyd edib ki, narıncı zona hesab edilən ərazilərə giriş-çıxış qadağası qüvvədədir.

İbrahim Məmmədovun sözlərinə görə, tədris bərpa olunandan sonra kitabxanalar da açılacaq."Kitabxanalar təhsilin bir hissəsidir. Tədris yoxdursa, kitabxanaların açılması da zəruri deyil".

İ.Məmmədov bildirib ki, kütləvi idman tədbirləri ilə bağlı məsələ gündəmdədir: "Ola bilsin ki, növbəti mərhələdə nəsə qərar qəbul edilsin".

İbrahim Məmmədov deyib ki,iri ticarət mərkəzləri ilə bağlı qadağalar hələ ki qüvvədədir: Çünki bu cür yerlər insanların kütləvi toplaşdığı obyektlərdir”.

"Buna görə də belə yerlərdə yoluxma təhlükəsi çox ola bilər. Bu səbəbdən onların açılması hələ ki nəzərdə tutulmur. Təəssüf olsun ki, yoluxmanın statistikası hələ ki iri ticarət mərkəzlərinin açılmasına imkan vermir", - deyə İ.Məmmədov bildirib

İbrahim Məmmədov qeyd edib ki, Naxçıvan və digər bölgələrdə gediş-gəlişin bərpa edilməsi növbəti mərhələdə müzakirə edilə bilər:"Digər bölgələrdə olan və daimi qeydiyyatı Bakı şəhərində olan şəxslərin paytaxta qayıtmasına icazə verilsə də, Naxçıvanla bağlı bu icazə mümkün deyil. Bu texniki baxımdan mümkün deyil. Çünki oradan sadəcə təyyarə ilə gəlmək mümkündür".

İ.Məmmədov söyləyib ki, Nazirlər Kabinetinin Operativ Qərargahında bütün bölgələrə gediş-gəlişlə bağlı müzakirələr aparılır: "Ölkədaxilində gediş-gəlişin tam bərpa olunması arzu olunandır".
скачать dle 12.1